AZE | RUS | ENG |

I Xəzər İqtisadi forumda region ölkələri arasında əməkdaşlıqla bağlı çağırışlar edilib

I Xəzər İqtisadi forumda region ölkələri arasında əməkdaşlıqla bağlı çağırışlar edilib
Türkmənistanın "Avaza” turizm zonasında keçirilən Birinci İqtisadi forumun açılışında çıxış edən Xəzəryanı ölkələrin hökumət başçıları mühüm təkliflər irəli sürüblər.
AZƏRTAC xəbər verir ki, Xəzəryanı ölkələrin hökumət başçıları Xəzərin regionda enerji, sənaye, nəqliyyat və ticarət baxımından əhəmiyyətlini, ölkələr arasında bu istiqamətdə layihələrin həyata keçirilməsini, qarşılıqlı sazişlərin imzalanmasının vacibliyini qeyd ediblər.
 
Rusiya Federasiyasının Baş naziri Dimitri Medvedyev forumun xüsusi bir vəzifəsinin - Xəzər beşliyi çərçivəsində yüksək səviyyəli əməkdaşlıq sisteminin işgüzar və ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin effektiv və müasir mexanizmi ilə tamamlanmasının, mühüm siyasi qərarları konkret qarşılıqlı faydalı layihələrlə gücləndirməyin vacibliyini bildirib.
 
Rusiya hökumətinin başçısı vurğulayıb ki, ötən il Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin qarşılıqlı qərarları həll edilə biləcəyinin təsdiqidir.
Neft və qazın Xəzəryanı ölkələr üçün geostrateji əməkdaşlığın ən mühüm istiqamətlərindən biri olduğunu deyən D.Medvedyev müasir iqtisadiyyatda təkcə neft və qaz hasilatı ilə kifayətlənməməyi, rəqəmsal texnologiya, əmtəə və xidmətlərin sərbəst hərəkəti, xalis energetika, rasional təbiətdən istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Xəzəryanı dövlətlər bu tendensiyalardan kənarda qala bilməzlər.
 
O, həmçinin optimal nəqliyyat infrastrukturunun, yüksək texnoloji və təhlükəsiz istehsalın, unikal turizm məhsullarının yaradılması məsələlərinə də toxunub.
İran İslam Respublikasının vitse–prezidenti İshak Cahangiri bu tarixi məqamın Xəzəryanı ölkələrin qarşısında yeni imkanların açdığını və bu məqamlardan səmərəli istifadə etməyin vacibliyini bildirib. "Müxtəlif sahələrdə əməkdaşlıq qurmalıyıq. Mövcud imkanlar ətraf mühitin qorunması və bu istiqamətdə layihələrin həyata keçirilməsi üçün gözəl fürsətdir”, - deyə Cahangiri qeyd edib. Ölkələr arasında əlaqələrin daha da inkişaf etdirildiyini vurğulayan vitse-prezident ticarət, turizm, iqtisadiyyat və nəqliyyat sahələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, İran tərəfinin bu cür əməkdaşlığı daim dəstəklədiyini, özəl sektorda da əməkdaşlıq qurmağın, layihələr həyata keçirməyin çox əhəmiyyətli olduğunu deyib.
 
İran vitse-prezidenti hava əlaqələrinin genişləndirilməsi, nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və birgə qərarların qəbul olunmasını təklif edərək, İranın regionda sülh və stabilliyi dəstəklədiyini, ölkəsinin terrora qarşı olduğunu vurğulayıb.
Qazaxıstan Respublikasının baş naziri Askar Mamin bildirib ki, forum Xəzər regionunun əhəmiyyətli, eyni zamanda, realizə olunmayan potensialı, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində vacib istiqamətdir. O bu məqsədlə ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələrində birgə tədbirlərin görülməsi təklifini irəli sürüb.
 
Maminin sözlərinə görə, Xəzəryanı ölkələrdə logistika infrastrukturu nəzərə alınmaqla, Rusiyanın mərkəzi bölgələrinə, habelə Şimali Avropaya çıxışı olan Türkmənistan üzərindən Şimal-Cənub dəhlizi boyunca Hindistan və İrandan yük daşımalarını artırmaq mümkündür.
 
Baş nazir, Xəzərdə turizmin inkişafına da diqqət çəkərək bildirib ki, təxmini hesablamalara görə, Xəzər dənizi kurortları potensial olaraq ən azı bir neçə milyon turist qəbul edə bilər. Askar Mamin Xəzərdə birgə turizmi təşviq edəcək Xəzər ölkələrinin sektoral birliyinin yaradılmasını təklif edib. Qeyd edib ki, onlardan biri də Xəzəryanı ölkələrinin limanlarından çıxış yollarının istifadəyə verilməsi ola bilər.
 
Forum işini Xəzər regionunda ticari-iqtisadi əməkdaşlıq; regionda nəqliyyat əməkdaşlığının perspektivləri; Xəzər dənizinin enerji potensialı; Xəzər üçün yaşıl iqtisadiyyat; Xəzərdə dəniz elmi araşdırmaları sahəsində əməkdaşlıq mövzularında sessiyalarla davam etdirir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301